"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

əfqan SəFəROV: “Hazırda bələdiyyə tərəfindən müəyyən işlər görülür”

--2015-08-26 / 15:19

“Balakən şəhər bələdiyyəsi olaraq, yeni qaydalara uyğun şəkildə poçtla müqavilə bağlanıb. əhali də öz növbəsində əmlak və torpaq vergisini poçt vasitəsilə ödəyir”. Bu fikirləri belediyye.info saytına açıqlamasında Balakən şəhər bələdiyyəsinin sədri əfqan Səfərov deyib. Onun sözlərinə görə, əhali vergiləri ödəməkdə maraqlıdır və bələdiyyə əməkdaşları mütəmadi olaraq maarifləndirmə işləri həyata keçirirlər: “Açığı deyim ki, vətəndaşların maliyyə vəziyyəti aşağı olduğu üçün istədiyimiz templə işi həyata keçirə bilmirik. Amma bələdiyyə bu istiqamətdə özünü tam səfərbər edib ki, borclar qalmasın. Ona görə də əhali poçt vasitəsilə ödəmələri həyata keçirir”.

ə.Səfərov deyib ki, bələdiyyəyə əlavə gəlir cəlb etmək üçün gələn il üçün müəyyən planların həyata keçirilməsi nəzərdə tutulub: “Bir balaca büdcəmizdə sıxıntı olduğuna görə keçmişdən qalan borclarımızı ödəyirik. Bu borclara Dövlət Sosial Müdafiə Fondu, həm əməkdaşlarımızın maaşları daxildir. Bələdiyyəyə sədr seçildikdən sonra burada əmək haqqı borcu 14 min manat idi, indi həmin məbləği haradasa, 10 minə qədər azaltmışam, yəni, bələdiyyə işçilərinə ödəmişəm. Fonda olan borclarmızı da azaltmağa çalışıram. Ona görə də bu borcları ödəmək üçün əlimizdən gələni edirik. Sadəcə, alqı-satqı olmadığı üçün bələdiyyəyə əlavə gəlir cəlb edə bilmirik. Amma indi hərrac komissiyası yenidən formalaşır və ümid edirik ki, tezliklə fəaliyyətə başlayacaq.

Onu da qeyd edim ki, gələcəkdə hesabımızda maliyyə olduğu təqdirdə nəzərdə tutduğumuz planları həyata keçirəcəyik. Amma hazırda da bələdiyyə tərəfindən müəyyən işlər görülür. Məsələn, bir küçədəki binaların həyətində abadlıq işləri görürük və yalnız asfaltlanma işləri qalıb. Faktiki olaraq, həmin binaların həyətində çardaq tikilib. Birində işlər tamamlanmaq üzrədir, digərində isə vəsait çatışmazlığı üzündən işlərimiz yarımçıq qalıb”.

Bəxtiyar MəMMəDLi 

ŞƏRHLƏR